24 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"AGROINTER"
 
  • AZ 1122, Moskva prosp., ev 32, 3-cü mər.
    Tel.:  (99412) 530 90 70, 530 90 71, 530 90 72
    Fax:  (99412) 447 46 10
    Моb.: (99450) 510 10 00
    E-mail: office@agro-inter.com
    Web: www.agro-inter.com
 AQROİNTER şirkəti 15 ildən artıqdır ki, Respublikamızda müxtəlif təyinatlı yol-tikinti, inşaat, kənd təsərrüfatı və ixtisaslaşdırılmış texniki avadanliqların idxalı ilə məşğul olur. 
Şirkətimiz bir çox  Xarici və MDB  ölkələrinin istehsal müəssisələrinin, o cümlədən: FRD Unic, NISSAN DIESEL, DENYO, SETMAC, BUCHER, AMMANN, HITACHI, ZOOMLION, Atespar, Amkodor, HIDROMEK, Sakai, Airman, HOWO, Qruppa QAZ, Boreks, AMO ZİL, KOMMAŞ, Pojtexnika  və digər iri şirkətlərin dilleri olaraq, Azərbaycan bazarında müxtəlif təyinatlı yol-tikinti, inşaat, kənd təsərrüfatı və ixtisaslaşdırılmış texniki avadanliqların aparıcı təıchizatçılarından biri kimi tanınır. Beləki, respublikanın əsas şəhərsalma müəssisələrini, o cumlədən, Akkord Şirkətlər Qrupu, Gilan Holding, Ant Groop, Azərkörpü, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərenerji”, Xəzər Dəniz Gəmiçiliyi, Meliorasiya Nazirliyi və bu kimi digər şirkətləri lazımi texnika, avadanlıq və ehtiyyat hissələrinin təchizatı ilə vaxtlı-vaxtında təmin edir. Aqrointer şirkəti  sifarişçinin imkanlarına uyğun olaraq ən əlverişli ödəniş - nəğd, köçürmə və lizinq formaları tətbiq edir. 
Şirkətin rəhbəri Əmirxan Qəhrəmanov Azərbaycanda sahibkarlıq fəaliyyətinin indiki durumunu belə qiymətləndirir:
Sahibkarlıq elə bir fəaliyyət formasıdır ki, bir tərəfdən onun üçün sərbəst, azad hərəkət etməyə meydan olmalıdır, digər tərəfdən isə onun qanun çərçivəsində olan fəaliyyətini və özünü qoruyan qanunvericilik bazası olmalıdır. Azərbaycanda sahibkarlar təbəqəsinin yaranmasının təşəbbüskarı ümummilli lider Heydər Əliyevin ən boyük xidmətlərindən biri də budur ki, bu iki amili reallığa çevirdi. Ulu öndərimiz  həm iqtisadi sahədə - Dövlət özəlləşdirmə proqramını, torpaq islahatını, aqrar  islahatı və digər islahatları cəsarətlə həyata keçirməklə, həm də yeni yaranmış sahibkarlar sinfinə himayədarlıq edərək yeni qanunlar qəbul etməklə Azərbaycanın iqtisadi dirçəlişinin əsasını qoydu. 

2006-cı ilin yekunlarına görə şirkətimiz Azərbaycan Respublikasında biznesin inkişafında xidmətləri ilə bağlı, baş direktor Ə.Qəhrəmanovun timsalında Fəxri fərman və “Qızıl buta” mükafatına layiq görülmüşdür. Yeri gəlmişkən, bu tədbirdə  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iştirak etmişdir. 
Prezidentimizin sahibkarlara dəstəyi özünü hər zaman təzahür etdirir. Prezident İlham Əliyev qeyd etmişdir ki, sahibkarlıq təbəqəsi güçləndirilməlidir. Çünki, sahibkarlıq ölkəmizin gələcəyidir və onsuz heç bir ölkə inkişaf edə bilməz.
Ölkənin maraqları naminə çalışan sahibkarlar təbəqəsinin formalaşması Azərbaycanın inkişafına çox böyük töhfədir. Sirr deyil ki, azad sahibkarlıq yalnız o ölkələrdə uğurla inkişaf edir ki, orada sahibkarlara dövlət  tərəfindən qayğı və diqqət vardır. 
Aqrointer şirkəti bu qayğını dəyərli qiymətləndirir.
Şirkətimizin istehlakçılara təklif etdiyi texnikaların siyahısı kifayət qədər müxtəlifdir:
- tırtılli və pnevmatik təkərlər üzərində ekskavatorlar (Yaponiya, Almaniya,Türkiyə, Rusiya istehsalı);
-1 tondan 250 tonadək yükgötürmə qabiliyyətinə malik avtokranlar;
-1 tondan 13 tonadək yükgötürmə qabiliyyətinə malik, müxtəlif şassilər üzərində yerləşdirilən kran-manipulyatorlar (Yaponiya istehsalı) 
-2,5 tondan 10 tonadək yükgötürmə qabiliyyətinə malik, çalovunun həcmi 0,3 m³-dən 6m³ -dək olan frontal yükləyicilər (Yaponiya, Belarusiya istehsalı );
-Müxtəlif təyinatlı avtoçənlər, qoşqular, yarımqoşqular, bortlu və yükünü özüboşaldan avtomobillər;
-elektrik və dizel mühərrikli təkərli kompressorlar (təzyiqi 7 atmosferdən başlayaraq, məhsuldarlığı dəqiqədə 1,5 m³ -dən  10 m³ -dək),generatorlar
-dizel mühərrikli təkərli qaynaq aqreqatları (qaynaq cərəyanının nizamlanma hədləri 60A-dən 430A-dək) 
-yolların  abadlaşdırılması üçün vərdənələr, qreyderlər və müxtəlif təyinatlı məişət  texnikaları (qartəmizləyən, yol süpürən və suçiləyən avadanlıqlar).
Təklif olunan texnikalara 12 aydan 24 ayadək zəmanət verilir. İstehlakçılara bu maşın-mexanizmlərin təmirinin və ehtiyat hissələrinin ən əlverişli şərtlərini  şirkətin serviz mərkəzlərindən almağı təklif edilir. Şirkətin serviz mərkəzinin yüksək ixtisaslı mütəxəssisləri (bu mütəxəsislər Yaponiya, Türkiyə, Rusiya, Ukrayna, Belorusiya kimi ölkələrdə xususi hazırlıq kursları keçərək, professionallıq sertifiat-larına malikdirlər) Sizə lazım olan texnika, avadanlıq və ehtiyyat hissələrində yaranan problemləri  hər  zaman aradan qaldırmağa hazırdırlar. 
Aqrointer şirkətinin əsas məqsədi, istehlakçilara ən sərfəli qiymətlərlə, operativ və yüksək keyfiyyətli xidmət göstərməkdir. 

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu