25 aprel 2024


DƏB VƏ GÖZƏLLİK > Aksessuarlar > Bijuteriya və zərgərlik mallari > Kosmetika və ətriyyat > Geyim və ayaqqabı > Gözəllik salonları > Spa, Solyari və Fitnes mərkəzləri > Moda (dəb) mərkəzləri və dizayn > Xəz və dəri

"7 Gözəl" Gözəllik Salonu
 
  • AZ 1000, Keşlə qəs., Qafqaz küç., 38 A
    Tel.:  (99412) 514 44 66, 514 55 00, 493 90 20
    Fax:  (99412) 514 55 33
    Моb.: (99455) 493 90 20
    E-mail: salon@7gozel.az
    Web: www.7gozel.az

“7 Gözəl” çoxdan adi gözəllik salonları çərçivəsindən çıxmışdır.Bugün o böyük spektrli və yüksək keyfiyyətli xidmətlər təklif edən prestijli SPA mərkəzdir.Parixmaxer xidmətləri göstərən salonun şəhərdə bərabəri(analoqu) yoxdur və buna sübut bizim işimizdə hər şeydən razı qalan böyük ziyarətçi axınıdır.Bu isə təəccüblü deyil, çünki,bizim göstərdiyimiz xidmət spektri yetərincə genişdir.Bizim müştərilərimiz xüsusi olaraq qeyd edirlər ki, hamının istədiyi an müraciət edə biləcəyi şəxsi vizajist, stilist və kosmetoloqu var.Bu onsuz da qiymətli olan vaxta qənaət etməyə imkan verir. Çünki, bir dam altında bütün xidmətlər toplanmışdır: parixmaxer xidmətləri, axşam və toy saç düzümləri,masaj,manikür,pedikür,bədən və üzə qulluq üzrə kompleks proqramlar,professional tatu salon,saç və kirpiklərin uzadılması,aromaterapiya,stounterapiya,epilyasiya və başqa bir çox xidmətlər.Bu hələ tam siyahı deyil: sizin istifadəniz üçün: trenajor zalı, idman və step aerobikası,hovuz,fitnes bar,akvaaerobika. Məşğələlərdən sonra orijinal interyeri,gözəl “türk hamamı” olan sauna,üfüqi turbo-solyari,müxtəlif masaj növləri,tam rahatlanma proqramı olan gözəllik salonu və SPA sizin salonumuzdakı istirahətinizi tamamlayacaq, bunları bizim fitnes barda dostlarınız və kolleqalarınızla müzakirə edə bilərsiniz.

“7 Gözəl” toy salonu təntənəli hadisələr üçün əla paltar seçimləri təqdim edir.Bizdə axşam ,məzun və toy paltarları  və onlara uyğun aksesuar tapacaqsınız.Modellərin kataloqu sizə istənilən təntənəli hadisə üçün gözəl paltarlar və “Palmers”dən gözəl alt paltarları seçimi imkanı yaradır.Biz xidmət çeşidini genişləndiririk ki, heç bir xanım bizdən əliboş qayıtmasın.

Gözəllik salonunun xidmətləri daima artırılır.Biz zamanla ayaqlaşaraq öz müştərilərimizə xarici görünüşə qulluğun ən yeni metodikalarını  təqdim edirik.Bizim ustaların “qızıl” əllərinə güvənin və sizin görünüşünüz həqiqətən qüsursuz olsun!

 

 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu