21 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna “Əməkdar Mədəniyyət İşçisi” adı verilib.
Fərid Xayrulin özünün yaradıcılıq fəaliyyəti ərzində bizim ölkəmizin fotosəlnaməsini aparır. Hələ sovet dövründən fotojurnalist kimi formalaşan fotoqraf yenidənqurma dövründə Azərbaycanda baş verən qızğın hadisələrin içərisində olmuşdur. Fərid Xayrulin dünyanın bir çox ölkələrində baş verən mühüm beynəlxalq hadisələri işıqlandırmaq məqsədi ilə çoxsaylı xarici səfərlərdə fotoreportajlar çəkmişdir.
Son vaxtlar o, peşəkar reklam fotoçəkilişləri ilə fəal məşğul olur və Avropanın ən yaxşı reklam fotoqraflarından olan İqor Saxarovun yanında təcrübə keçib. 2004-cü ildə Fərid Xayrulin Bakıda FGF peşəkar rəqəmsal fotostydiyasını yaradıb ki, bu studiya da Azərbaycanda peşəkar reklam fotoçəkilişləri sahəsində tanınmış lider olub.
Fərid Xayrulin istənilən mürəkkəb çəkilişin öhdəsindən gələn fotoqraf kimi tanınır.
Bu səhifənin daimi ünvanı |
Bu səhifəyə keçid kodu |
|