25 aprel 2024


МЕДИЦИНА И ЗДРАВООХРАНЕНИЕ > Медицинское оборудование > Оздоровительные центры > Студии загара > Фармацевтическая промышленность > Ветеринарные услуги > Клиники > Аптеки > ЛЕЧЕНИЕ ЗА ГРАНИЦЕЙ

"Mayomed Medical Fizioterapiya Və Reabilitasiya Mərkəzi"
 
  • AZ 1000 Əhməd Rəcəbli küç. 29
    Tel.:  (99412) 464 86 93, 464 86 94, 464 86 95
    Fax:  (99412) 464 86 95
    Моb.: (99450) 278 93 94
    E-mail: info@mayomed.az
    Web: www.mayomed.az
Mayomed Medical Fizioterapiya Və Reabilitasiya Mərkəzi Klinikamızda Avropa standartlarına uyğun bütün ambulator xidmətlər yüksək səviyyədə qurulmuşdur. Mərkəzimizdə bütün növ xəstəliklərin müalicəsi və müayinəsi yüksək ixtisaslı peşəkar mütəxəsislər tərəfindən aparılır. Klinika Avropa və Amerika standartlarına uyğun avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriya tam avtomatlaşdırılmış cihazlarla təmin olunub. Yarandıgi ilk gündən xalqın etibarini qazanmış ,və nəticələri Avropada təsdiqini tapmış labaratoriyamız geniş spektrli analizlər ilə xidmətinizdədir. Demək olar ki,labaratoriyamızda bütün növ analizlər olunur və tətbiq edilən reaktivlər Avropa və Amerika istehsalıdır. İstifadə edilən reaktivlərin saxlanma və tətbiqi şəraitinə xüsusi diqqət yetirilir. Klinikamızda bütün gigiyenik şəraitə ciddi nəzarət var. Tibb işçilərimizin hamısı pasiyentin razi qalması üçün çalışırlar. Bir çox Uğur mükafatına layiq görülmüş klinikamız bundan sonra da öz uğurları ilə xalqımıza xidmət etməklə öz birinciliyini daim qoruyub saxlayacaq. REABİLİTASİYA- Reablitasiya termini orqanizmin hər hansı bir orqan və ya sistemin itirilmiş funksiyasının qaytarılması(bərpası) deməkdir. Hərəkət insan həyatında önəmli yer tutur. Bu səbəbdən reablitasiya dayaq-hərəkət sisteminin, sinir sisteminin və oynaqların xəstəlik və travmalarında daha geniş istifadə olunur. FİZİOTERAPİYA- kliniki təbabətin bir bölməsi olub, təbii və süni fiziki amillərin müalicəvi xüsusiyyətlərini, xəstəliklərin müalicə və profilaktikasında tətbiqini öyrənir. Mayomed Medical Fizioterapiya Və Reabilitasiya Mərkəzi sadalanan bölmə və metodlardan böyük əksəriyyəti ən müasir və çoxfunksiyalı cihazlarla həyata keçirilir. Mayomed tibb mərkəzi dünyanın ən son model tibbi avadanlıqları ilə təchiz olunmuşdur.Mərkəzin mütəxəssisləri Avropa və Türkiyə kimi dünyanın aparıcı ölkələrində təhsil almış və kurslar keçmişlər. Aparılan müalicələr Qərb ölkələrində olduğu kimi kompleks şəkildə müasir fizioterapiyanın ən yeni metodları vasitəsi ilə həyata keçirilir. Mərkəzdə ən müasir texniki göstəricilərə malik Elektroterapiya,Mexanoterapiya, Maqnit,Lazer, Zərbə-Dalğa terapiyası,Uzay terapiyası,Adeli kostyumları ,istilik prosedurları və sairə üsullar tətbiq olunur. Reablitasiya zamanı fizioterapevtik aparatlarla yanaşı Müalicə Bədən Tərbiyəsindən , Manual terapiyadan, Massajdan, Psixoterapiyadan, Ozonoterapiyadan, Refleksoterapiyadan, Zəli müalicəsindən, Medikamentoz terapiyadan istifadə olunur. Mərkəzdə Müasir Kliniki və Biokimyəvi Laboratoriya,Ultrasəs müayinə, Rentgen, Dansitometriya, Lor, Oftalmoloji,Audiometriya,Hidrokolonoterapiya kabinetləri və idman zalı fəaliyyət göstərir. Bunların sayəsində Kəllə beyin və onurğa beyni travmalarından sonraki vəziyyətlər, poliradikuloneyropatiyalar,ostexondroz,protruziya,disk yırtıqları,Uşaq serebral iflici, İdman travmaları,İşemik və Hemorragik insultardan sonrakı vəziyyətlər,Skolioz,Kifoz,Lordoz,əyri və yastipəncəlik,Fiziki inkişafın ləngiməsi və müxtlif etiologiyalı oynaq xəstəlikləri,poliartritlər müvəffəqiyyətə müalicə olunur. Mərkəzdə nevralogiya ilə yanaşı digər şöbələrdə fəaliyyət göstərir : Terapiya şöbəsi Pediatriya şöbəsi Kardioligiya şöbəsi Endokrinologiya şöbəsi Oftolmologiya şöbəsi Lor şöbəsi Revmatologiya şöbəsi Vertebronevroloq Uroloq Qastroenteroloq Alerqoloq Hidrokalono terapevt Hidro terapevt Hər bir həkim xarici ölkələrdə və ölkə daxilində ixtisaslaşma kursları bitirmişdirlər. Mərkəzdə aparılan müalicələrə təcrübəli həkim Müzəffər Ətayi rəhbərlik edir.

Ссылка на эту страницу
Код ссылки на эту страницу